Stamenkoviçi geridə qoyan Amin Seydiyev klubun tarixinə düşdü
"Sabah"ın müdafiəçisi Amin Seydiyev klubun tarixində ən çox matça çıxan oyunçu olub.
mediasport.az xəbər verir ki, 24 yaşlı futbolçu Premyer Liqanın 15-ci turunun "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub etdikləri səfər görüşündə meydana çıxmaqla rekorda imza atıb.
Azərbaycan millisinin üzvü Masazır klubunun keçmiş qapıçısı Saşa Stamenkoviçi (67) geridə qoyub. Seydiyev komandanın heyətində Premyer Liqada 64, ölkə kubokunda isə 4 matçda iştirak edib.