Avropa çempionatı: Məsiyev Avstriyanın matçına dəvət aldı
FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.
Mediasport.az xəbər verir ki, ədalət təmsilçisi 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina (U-21) – Avstriya (U-21) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
Sentyabrın 6-da Sarayevo şəhərində yerləşən “Qrbaviça” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.