"Sumqayıt"ın Konfrans Liqası matçını yayımlayacaq kanal dəyişdi

 "Sumqayıt"ın Konfrans Liqası matçını yayımlayacaq kanal dəyişdi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək "Sumqayıt"ın 2-ci təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) klubu ilə oyunlarını canlı yayımlayacaq telekanal dəyişib.

Mediasport.az xəbər verir ki, iyulun 25-i saat 20:00-da Sumqayıtda keçiriləcək ev görüşü və və 31 iyul saat 21:00-da baş tutacaq səfər matçı əvvəlcədən açıqlandığı kimi “CBC Sport” telekanalında təqdim olunmayacaq.

Hər iki qarşılaşma "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.