Sumqayıtdakı Mehdi Hüseynzadə stadionundan son görüntülər - VİDEO

Sumqayıtdakı Mehdi Hüseynzadə stadionundan son görüntülər - VİDEO

"CBC Sport" telekanalı yeni inşa edilən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan süjet hazırlayıb.

mediasport.az saytının da bir neçə gün öncə https://mediasport.az/sumqayitdaki-mehdi-huseynzade-stadionunun-son-goruntuleri-fotolar) xəbər verdiyi kimi, stadion artıq açılışa hazırdır, yalnız xırda detallar qalıb.

Reportajda tribunalarının üstü bağlı arenanın 10 min azarkeş tutumuna malik olacağı diqqətə çatdırılıb. Ətraflı məlumat verən rəsmi nümayəndə ot örtüyünün Türkiyə şirkəti tərəfindən ərsəyə gətirildiyini və səpmə toxumlardan ibarət - yəni, təbii olduğunu qeyd edib.

Bildirib ki, son tamamlama işləri qalıb, məsələn, elektron tablo, projektorlar və.s. kimi texniki məsələlər həll edildikdən stadion tam hazır vəziyyətdə olacaq. Arena rəsmisi 2-3 aya burada oyunların keçirilə biləcəyini vurğulayıb. Stadionun nəzdində digər idman növləri - cüdo, boks, karate və güləş zalları da fəaliyyət göstərəcək.