"Sumqayıt"ın Konfrans Liqası matçını isveçlilər idarə edəcəklər
Avropa Konfrans Liqasında təmsilçimiz "Sumqayıt" Macarıstanın “Fehervar” klubu ilə 2-ci təsnifat mərhələsi matçının hakimləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, iyulun 31-də baş tutacaq görüş İsveçdən olan ədalət təmsilçilərinə həvalə olunub.
Baş hakim Kristoffer Karlssona yan xəttdə Mikael Hallin və Markus Lündqren Klitte kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Oskar Yonson yerinə yetirəcək.
“Mol Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.