Azərbaycan milli komandasının keçmiş üzvü böyük futbola qayıtdı, 2-ci Liqa klubu ilə müqavilə bağladı
Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Əmircanov karyerasını bərpa edib.
Mediasport.az xəbər verir ki, peşəkar futbol oynamaqla bir neçə il əvvəl vidalaşmış müdafiəçi 2-ci Liqada yarışan "Cəbrayıl"da çıxış edəcək.
Yığmamızın keçmiş futbolçusu ilə mövsümün sonuna qədər müqavilə bağlanıb.
Qeyd edək ki, Əmircanov karyerası ərzində “Ümid”, “Ədliyyə”, “Karvan”, “Standard”, “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL və “Səbail” klublarında oynayıb.