"Sumqayıt"ın Konfrans Liqası oyununa nə qədər bilet satılıb?

"Sumqayıt"ın Konfrans Liqası oyununa nə qədər bilet satılıb?

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Sumqayıt" - "Fehervar" oyununa bilet satışı davam edir.

Mediasport.az xəbər verir ki, artıq 2200 bilet satılıb.

Oyuna gəlmək istəyənlər biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, 20 iyuldan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərlər.

Qiymətlər sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.

Qarşılaşma iyulun 25-i saat 20:00-da başlanacaq.

Cavab matçı iyulun 31-də Macarıstanda baş tutacaq.