"Qarabağ" "Qəbələ"yə qalib gələrək liderliyini möhkəmləndirib

"Qarabağ" "Qəbələ"yə qalib gələrək liderliyini möhkəmləndirib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.

Cari çempion və turnir cədvəlinin vahid lideri "Qarabağ" autsayderlər sırasından çıxmağa çalışan "Qəbələ"ni asanlıqla məğlub edərək liderliyini möhkəmləndirib.

Turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" "Səbail"lə (1:1), "Turan Tovuz" "Sumqayıt"la (2:2) bərabərə qalıb, "Sabah" "Kəpəz"ə (2:0), "Neftçi" isə "Zirə"yə (1:0) qalib gəlib.


Azərbaycan Premyer Liqası. 15-ci tur

"Qarabağ" – "Qəbələ" 3:0

Qollar: Hamidu Keyta, 8, Nəriman Axundzadə, 64, Juninyo Olavio, 90+2.

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30

"Qarabağ”: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 7. Yassin Benzia, 17. Hamidu Keyta, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica

Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov.

Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.

Baş məşqçi: Elmar Baxşıyev.



1 Qarabağ 15 10 2 3 36-13 32
2 Zirə 15 8 4 3 13-8 28
3 Sumqayıt 15 6 5 4 16-16 23
4 Səbail 15 6 5 4 23-22 23
5 Araz-Naxçıvan 15 6 4 5 17-16 22
6 Neftçi 15 6 4 5 16-13 22
7 Sabah 15 5 4 6 21-19 19
8 Turan Tovuz 15 4 4 7 23-24 16
9 Qəbələ 15 3 2 10 11-26 11
10 Kəpəz 15 2 4 9 7-26 10



Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 11 qol

Aleksandr Ramalinqom ("Səbail") - 6 qol

Otto Con ("Turan Tovuz") - 5 qol

Pedro Nuno ("Səbail") - 5 qol

Orxan Əliyev ("Araz-Naxçıvan") - 5 qol