"Sumqayıtlı" Afrikaya yollanır
"Sumqayıt"ın yeni legioneri Tresor Mossi milli komandaya dəvət edilib.
mediasport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi sentyabrın 12-də Afrika Millətlər Kubokunun növbəti turunda Kamerunla üz-üzə gələcək Burundi yığmasına cəlb olunub.
Mossi "Sumqayıt"la bu yay müqavilə imzalayıb. Futbolçu çempionatda 2 oyuna çıxıb.