İdman jurnalistinə Premyer Liqa klubunda vəzifə verildi

İdman jurnalistinə Premyer Liqa klubunda vəzifə verildi

“Sumqayıt” futbol klubu yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirəcək.

Samir Abasovun başçılıq etdiyi kollektiv yay çalışmalarının ikinci hissəsi üçün iyulun 16-da Türkiyəyə yollanacaq. "Gənclik şəhəri" təmsilçisi iyulun 27-nə qədər Ərzurum şəhərinin “Dedeman” hotelində məskunlaşacaq.

MediaSport.az saytının əldə etdiyi məlumata əsasən, Sumqayıt təmsilçisi səfərə yeni mətbuat katibi ilə yollanacaq. Bu şəxs "Report" İnformasiya Agentliyinin idman redaktoru Zaur Xudiyevdir.

Xudiyev yeni vəzifəsinə sabah başlayacaq. Klubda illərdi mətbuat xidmətinin rəhbəri olmuş Rəşad Məmmədov bundan sonra eyni işi "Səbail"də görəcək.