Azərbaycan Kuboku: 3 komanda növbəti mərhələyə yüksəlib

Azərbaycan Kuboku: 3 komanda növbəti mərhələyə yüksəlib

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024-cü illər mövsümünün I təsnifat mərhələsinin oyunları start götürüb.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.

2-ci Liqa komandalarının iştirakı ilə keçiriləcək raundda ümumilikdə 7 matç baş tutacaq.

3 duel sabah, 1 qarşılaşma isə noyabrın 20-nə planlaşdırılıb.

Mərhələnin bütün görüşləri Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalı vasitəsilə canlı yayımlanacaq.


Azərbaycan Kuboku. 1-ci təsnifat mərhələsi


13:00. “Füzuli” – “Lerik” 0:1

Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

“ASK Arena”


13:00. “Qusar” – “Şahdağ Qusar” 0:0 (pen - 4:5)

Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

“Kapital Bank Arena” (ehtiyat meydan)


14:30. “Göygöl” – “Dinamo” 2:1

Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov.

Hakim-inspektor: Gülağa Cabarov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Göygöl Olimpiya İdman Kompleksinin stadionu