ÇL-də pley-offa yollanacaq son 10 klub bu axşam müəyyənləşəcək
Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab matçları start götürəcək.
Mediasport.az xəbər verir ki, 10 matçın hamısı bir gündə keçiriləcək.
Beləliklə pley-offa vəsiqə qazanan qalan bütün kollektivlər bu axşam müəyyənləşəcək.
UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunları
21:00 APOEL (Kipr) – "Slovan" (Slovakiya) İlk oyun: 0:2
21:00 "Bude Qlimt" (Norveç) - "Yagelloniya" (Polşa) İlk oyun: 1:0
21:00 "Fənərbağça" (Türkiyə) – "Lill" (Fransa) İlk oyun: 1:2
21:00 "Tvente" (Niderland) – "Zalsburq" (Avstriya) İlk oyun: 1:2
21:30 PAOK (Yunanıstan) – "Malmö" (İsveç) İlk oyun: 2:2
22:00 "Ferensvaroş" (Macarıstan) – "Midtyulland" (Danimarka) İlk oyun: 0:2
22:00 "Ludoqorets" (Bolqarıstan) – "Qarabağ" (Azərbaycan) İlk oyun: 2:1
22:30 "Styaua" (Rumıniya) – "Sparta" (Çexiya) İlk oyun: 1:1
22:30 "Yunion Sent Jiluaz" (Belçika) – "Slaviya" (Çexiya) İlk oyun: 1:3
22:45 "Reyncers" (Şotlandiya) – "Dinamo" (Kiyev, Ukrayna) İlk oyun: 1:1