Şuşa klubu Bakıda "Panatinaikos"la qarşılaşacaq - Çelenc Kuboku
Çelenc Kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” noyabrın 21-də 1/16 final mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, Şuşa təmsilçisi Bakıda Yunanıstanın “Panatinaikos" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 19:00-da GİN-nin Voleybol Mərkəzində baş tutacaq.
Komandalar arasında ikinci oyun noyabrın 29-da Yunanıstanda keçiriləcək.
Qeyd edək ki, “Xarı Bülbül Şuşa” ilk raundda Slovakiyanın “Spartak" (Miyava) kollektivinə hər iki görüşdə qalib gəlmişdi.