Tovuzda ara qarışdı, futbolçular dava etdi, azarkeşlər meydana axışdı
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində Tovuzda keçirilmiş "Turan Tovuz" - "Kəpəz" oyununun sonunda xoşagəlməz hadisələr yaşanıb.
mediasport.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan qərb derbisində hakimin final fitindən sonra əvvəlcə futbolçular arasında dava-dalaş yaşanıb.
Ardınca azarkeşlər meydana axışıblar. Stadiona girməyə çalışan fanatların qarşısını polis kəsib. Baş hakim Rəvan Həmzəzadə isə dava-dalaşda iştirak edən futbolçulardan bir neçəsinə qırmızı vərəqə göstərib.
İlk matçda 2:1 hesabı ilə qalib gələn Tovuz təmsilçisi yarımfinala vəsiqə qazanıb.