Avropada 2023-cü ilin rəmzi komandası: İngiltərə hegemondur

Avropada 2023-cü ilin rəmzi komandası: İngiltərə hegemondur

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada 2023-cü ilin rəmzi komandasını açıqlayıb.

Mediasport.az xəbər verir ki, "11-liy"ə ən çox futbolçu İngiltərənin "Mançester Siti" klubundan düşüb.

Ən çox oyunçu da İngiltərə millisini təmsil edir.

Heyət 3-4-3 sxeminə uyğun tərtib edilib.

Qapıçı: Tibo Kurtua ("Real", Belçika);

Müdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə), Ruben Diaş ("Mançester Siti", Portuqaliya), David Alaba ("Real", Avstriya);

Yarımmüdafiəçilər: Rodri ("Mançester Siti", İspaniya), Kevin De Brüyne ("Mançester Siti", Belçika), Cud Bellingem ("Real", İngiltərə), Bernardo Silva ("Mançester Siti", Portuqaliya);

Hücumçular: Harri Keyn ("Tottenhem", İngiltərə//"Bayern", Almaniya), Erlinq Haaland ("Mançester Siti", Norveç), Kilian Mbappe (PSJ, Fransa).


Mənbə:
IFFHS