İspan məşqçi Cənubi Azərbaycan klubunda işə qələbə ilə başladı

İspan məşqçi Cənubi Azərbaycan klubunda işə qələbə ilə başladı

İki aylıq fasilədən sonra İran Liqasında növbəti tura start verilib.

mediasport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” 12-ci tur çərçivəsində səfərdə "Peykan"ın qonağı olub.

Yeni baş məşqçi Pako Xemes "al qurdlar"ın sükanı arxasında işə uğurla başlayıb. Təbrizlilər Məhəmmədrza Abbasinin vurduğu yeganə qolla səfərdən qələbə ilə qayıdıblar.

Komanda bu qələbə sayəsində 18 xalla turnir cədvəlində 5-ci pilləyə yüksəlib.