Türkiyə liqalarında azərbaycanlı futbolçulara güvənən yoxdur
Futbol üzrə Türkiyə Superliqası və 1-ci Liqada növbəti turun oyunları keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” Superliqanın 35-ci turu çərçivəsində “Qaziantep”in qonağı olub.
Yığmamızın forvardının meydana çıxmadığı matç 1:1 hesabı ilə başa çatıb.
Hatay təmsilçisi 34 xalla turnir cədvəlinin 16-ci pilləsində qərarlaşıb.
1-ci Liqada oynayan Ramil Şeydayevli “Kocaelispor” səfərdə “Bodrumspor”la qarşılaşıb. 45 dəqiqə meydanda olan hücumçunun komandası 0:3 hesabı ilə məğlub olub.
Coşqun Diniyevli “Ümraniyəspor” evdə “Ərzurumspor”a qalib gəlib (2:0), yarımmüdafiəçimiz 85-ci dəqiqədə meydana çıxıb.
Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” səfərdə “Sakaryaspor”u məğlub edib (2:0), müdafiəçi son 8 dəqiqədə tər töküb.
Sərtan Taşqınlı “Manisa” millimizin üzvü Vüsal İsgəndərlinin oynadığı "Boluspor”la üz-üzə gəlib.
Görüş birincilərin qələbəsi ilə başa çatıb, Vüsal matçı kənardan izləyib, Sərtan 82-ci dəqiqədə şans qazanıb.
33 turdan sonra “Kocaelispor” 55 xalla 6-cı, “Boluspor” 50 xalla 9-cu, “Manisa” və "Ümraniyəspor" 40 xalla 11-12-ci, “Tuzlaspor” isə 37 xalla 14-cü sırada qərarlaşıb.