Andrey Lunyov Rusiya millisinin yekun heyətinə daxil edilib
"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinin qarşıdakı yoldaşlıq görüşləri üçün yekun heyətinə daxil edilib.
Mediasport.az xəbər verir ki, baş məşqçi Valeri Karpin martda Moskvada keçirəcəkləri 2 yoxlama matçında 32 yaşlı qolkiperi sərəncamında görmək istəyib.
28 nəfərlik heyətdə yer alan Lunyov əvvəlcə yığma ilə təlim-məşq toplanışına qatılacaq.
Rusiya millisi martın 21-də Serbiya, 25-də Paraqvayla üz-üzə gələcək.