"Neftçi" onunla vidalaşdı - RƏSMİ
"Neftçi" futbolçusu Voislav Stankoviçlə yollarını ayırıb.
MediaSport.az xəbər verir ki, serbiyalı müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, 36 yaşlı oyunçu 2019-cu ilin yayından Bakı klubunun formasını geyinirdi. O, Azərbaycanda "İnter" (hazırkı "Şamaxı") və "Qəbələ" komandalarında da çıxış edib.