Təcili yardım, polis və azarkeşlər "Kəpəz"lə "Turan Tovuz"u ziyana saldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az xəbər verir ki, Premyer Liqanın 19-cu turunun “Turan Tovuz” – “Qarabağ” (2:3) oyununda meydan sahibi klubun azarkeşləri hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə qərb təmsilçisi 4000 manat cərimə edilib (maddə 41.7).
Bundan başqa, “Turan Tovuz”un azarkeşləri meydançaya kənar əşyalar atdıqları üçün klub daha 1600 manat cəriməyə məruz qalıb (maddə 51.1).
Turun “Kəpəz” - “Qəbələ” (2:2) oyununda Təcili Tibbi Yardım oyuna gecikdiyinə görə meydan sahibləri 1600 manat cərimə ödəməli olacaqlar (maddə 59.4). Qarşılaşmadan əvvəl polis iclasa gəlmədiyinə görə Gəncə klubu daha 800 AZN cərimə ödəyəcək (maddə 62.1).