Slovakiya Azərbaycan oyununu polşalı hakimlər idarə edəcəklər
UEFA Millətlər Liqasının II turunda keçiriləcək Slovakiya - Azərbaycan oyununun təyinatları açıqlanıb.
Mediasport.az xəbər verir ki, görüş Polşadan olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Damian Silvestrjaka Pavel Sokolniçki və Adam Karaseviç kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.
Sentyabrın 8-də təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.