"Turan Tovuz"un Türkiyədə ilk oyununda bərabərlik qeydə alınıb

"Turan Tovuz"un Türkiyədə ilk oyununda bərabərlik qeydə alınıb

Yeni mövsümə hazırlığın ikinci mərhələsini Türkiyədə davam etdirən "Turan Tovuz" toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Qurban Berdıyevin rəhbərlik etdiyi komanda Türkiyə Superliqasında son mövsümün iştirakçısı “Pendikspor”la qarşılaşıb.

Oyunda hesab açılamyıb - 0:0.

Xatırladaq ki, Tovuz təmsilçisi toplanışda daha iki görüşdə gücünü sınayacaq.

İyunun 22-də rəqib Superliqanın digər təmsilçisi “Adana Dəmirspor”, 25-də isə Birinci Liqa klubu “Kocaelispor” olacaq.