"Sumqayıt"lının milli komandası qrup mərhələsinə vəsiqə qazanıb

"Sumqayıt"lının milli komandası qrup mərhələsinə vəsiqə qazanıb

Pakistan yığma komandası Dünya çempionatının Asiya qitəsi üzrə təsnifat mərhələsində Kamboca ilə cavab görüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, Pakistan yığması minmal hesabla qalib gələrək (1:0) Asiya qitəsi üzrə seçmə mərhələ yarışlarının qruplarına yüksəlib.

Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb.

Pakistan millisinin şərəfini qoruyan "Sumqayıt"ın müdafiəçisi İsa Suliman ilk dueldə olduğu kimi, bu qarşılaşmada da 90 dəqiqə meydanda olub.