"Qarabağ" növbəti dəfə tarix yaza biləcək? - KONFRANS LİQASI

"Qarabağ" növbəti dəfə tarix yaza biləcək? - KONFRANS LİQASI

Avropadakı təmsilçimiz "Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində tarixi - cavab oyununu keçirəcək.

mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi Belçika səfərində ötən həftə Bakıda məğlub etdiyi "Gent" səddini keçə bilsə, Azərbayan futbolu adına daha bir tarix yazmış olacaq.

Qarşılaşma tamaşaçılara "CBC Sport" kanalı vasitəsilə canlı təqdim ediləcək.


UEFA Konfrans Liqası. Pley-off mərhələsi. Cavab oyunu

23 fevral

00:00. "Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)

VAR hakimləri: Devid Kut, Li Betts (hər ikisi İngiltərə)

İlk oyun - 0:1. Gent, "Gelamko Arena"