Türkiyə Uels səfərindən 1 xalla döndü, Fransa İtaliyaya uduzdu
UEFA Millətlər Liqasının ikinci oyun günündə 8 qarşılaşma baş tutub.
Mediasport.az xəbər verir ki, "Qarabağlı" Marko Veşoviç (Monteneqro) İslandiya ilə görüşə ehtiyat oyunçular skamyasından başlayıb və sona kimi meydana çıxmayıb.
Millimizin keçmiş baş məşqçisi, hazırda Monteneqro yığmasını çalışdıran Robert Prosineçki "köhlən atlar"ın müdafiəçisinə şans verməyib.
B Liqasının 4-cü qrupunda mübarizə aparan Türkiyə səfərdə Uelsin qonağı olub.
Günün ən maraqla gözlənilən və "Park De Prens" stadionunda keçirilən Fransa - İtaliya oyununda qapılara 4 qol vurulub.
UEFA Millətlər Liqası. 1-ci tur
A Liqası. 2-ci qrup
Fransa - İtaliya 1:3
Belçika - İsrail 3:1
B Liqası. 3-cü qrup
Qazaxıstan - Norveç 0:0
Sloveniya - Avstriya 1:1
B Liqası. 4-cü qrup
Türkiyə - Uels 0:0
İslandiya - Monteneqro 2:0
C Liqası. 2-ci qrup
Litva - Kipr 0:1
Kosova - Rumıniya 0:3