Superliqa komandası "Qarabağ"lı üçün klubla danışıqlara yenidən başladı

Superliqa komandası "Qarabağ"lı üçün klubla danışıqlara yenidən başladı

Bir müddətdir "Qarabağ"ın müdafiəçisi Kevin Medinanı transfer etmək üçün çalışan "Çaykur Rizəspor" klubunun meneceri Həsən Yavuz Bakır kolumbiyalı futbolçu ilə bağlı Türkiyə mətbuatına yeni açıqlama verib.

MediaSport.az xəbər verir ki, Superliqa klubunun rəsmisi Ağdam təmsilçisi ilə danışıqları bərpa etdirdiklərini deyib.

Yavuz Medinanın çox dəyərli futbolçu olduğunu vurğulayıb: “Qarabağ” dünən “Linkoln”la Çempionlar Liqasının oyununa çıxmışdı. Söhbətimiz bundan sonra dəqiqləşəcək. Medina bizim üçün maraqlıdır. Ona görə klubu ilə yenidən danışıq aparırıq. Futbolçunun özü ilə də söhbətimiz olub".

Qeyd edək ki, bir müddət əvvəl Rizə təmsilçisinin "Qarabağ"la maliyyə şərtlərində anlaşma əldə etmədiyi qeyd olunurdu.