Türkiyə Superliqası klubu "Qarabağ"ın oyunçusunu istəyir
Türkiyə Superliqasının ortabab komandalarından "Ankaragücü" "Qarabağ"ın forvardı Redon Cica ilə maraqlanır.
Mediasport.az xəbər verir ki, paytaxt klubu Ağdam təmsilçisinin 25 yaşlı hücumçusunu transfer siyahısına daxil edib.
Əmrə Bəlözoğlunun baş məşqçisi olduğu komanda albaniyalı futbolçunu qışda icarəyə götürməyi planlaşdırır. Məlumata görə, Türkiyə tərəfi yaxınlarda Azərbaycan çempionuna rəsmi müraciət edəcək.
Qeyd edək ki, "atlılar" bu qış transfer etdikləri Cica ilə 2026-cı il yanvarın 30-na qədər müddəti əhatə edən müqavilə bağlayıblar.
Ankaralılar Superliqada 9 turdan sonra 9 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıblar.