Musa Qurbanlı yenidən millidə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Mediasport.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu Musa Qurbanlı yığmanın düşərgəsinə cəlb olunub.
Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə iki matç keçirəcək.
Rəqiblərimiz oktyabrın 12-də Şimali İrlandiya, 15-də İngiltərə seçmələri olacaqlar.