Avropada diqqət mərkəzində olan forvard millimizə qarşı oynaya bilər

Avropada diqqət mərkəzində olan forvard millimizə qarşı oynaya bilər

İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin son 2 turunda Slovakiya və Azərbaycan millilərinə qarşı keçirəcəyi oyunlar heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, həmin matçlar üçün heyətə 23 futbolçu dəvət edilib.

Yon Dal Tomasson çalışdırdığı İsveç C liqasının 1-ci qrupu çərçivəsində noyabrın 16-da Slovakiya, 19-da isə Azərbaycan komandasına qarşı oynayacaq.

İsveç - Azərbaycan qarşılaşması noyabrın 19-da, Bakı vaxtı ilə 23:45-də "Strouberri Arena"da keçiriləcək.

Qapıçılar: Viktor Yohansson ("Stok Siti", İngiltərə), Kristoffer Nordfeldt (AİK), Yakob Videll Zetterström ("Derbi Kaunti", İngiltərə);

Müdafiəçilər: Qabriel Qudmundsson ("Lill", Fransa), İsak Hien ("Atalanta", İtaliya), Emil Kraft ("Nyukasl", İngiltərə), Viktor Nilsson Lindelöf ("Mançester Yunayted", İngiltərə), Ken Sema ("Uotford", İngiltərə), Erik Smit ("Sankt Pauli", Almaniya), Karl Starfelt ("Selta", İspaniya), Daniel Svensson ("Nordsyelland", Danimarka);

Yarımmüdafiəçilər: Yasin Ayari ("Brayton", İngiltərə), Lukas Berqvall ("Tottenhem", İngilərə), Uqo Bolin ("Malmö"), Niklas Eliasson (AEK, Yunanıstan), Emil Forsberq ("Nyu York Red Bullz", ABŞ), Yesper Karlström ("Udineze", İtaliya), Uqo Larsson ("Ayntraxt", Almaniya), Sebastian Nanasi ("Strasburq", Fransa), Anton Saletros (AİK);

Hücumçular: Viktor Qyökereş ("Sportinq", Portuqaliya), Alexander İsak ("Nyukasl", İngiltərə), Deyan Kuluşevski ("Tottenhem", İngiltərə).