AÇ-2024: Milli komandamız elit-raunda yüksələ bilməyib

AÇ-2024: Milli komandamız elit-raunda yüksələ bilməyib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Lüksemburqda təşkil edilən 11-ci qrupun 3-cü turunda meydan sahibləri ilə qarşılaşıb.

Rəqibinə 1:2 hesabı ilə uduzan yığmamız qrup sonuncusu olub və elit-raunda vəsiqə qazanmaq şansını itirib.

Futbolçularımız ilk turda Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə 0:0 hesablı bərabərə qalıblar, Niderlanda 1:2 hesabı ilə məğlub olublar.

Avropa çempionatının final mərhələsi gələn ilin yayında - 15-28 iyul tarixlərində Şimali İrlandiyada təşkil olunacaq.

Komandamız Lüksemburqa aşağıdakı futbolçularla yollanıb:

Xəyal Fərzullayev ("Sumqayıt"), Rəvan Mirzəmmədov ("Sabah") Əkbər Eyubov (Səbail) Murad Musayev (MOİK), Rüfət Abbasov (Neftçi), Saleh Süleymanov (Cəbrail), Arzu Atakişiyev (Kəpəz), Uğur Səfərov (Qarabağ), Fəxri Məmmədli (Sabah), Murad Ələkbərov (Zirə), Adəm Topalov (Səbail), Murad Məmmədov (Neftçi), Sadiq Şəfiyev (Turan Tovuz), Eşqin Əhmədov (Qəbələ), Ravil Qafarov (Qəbələ), Şahin Şahniyarov (Qəbələ), Xəyyam Məmmədli (Qəbələ), Sənan Ağalarov (Qəbələ), Edqar Adilxanov (Şamaxı), Nihad Əhmədzadə (Sumqayıt).


Avropa çempionatı. Seçmə mərhələ. 11-ci qrup. 3-cü tur


21:00 Lüksemburq – Azərbaycan 2:1

Qollar: Ceyson Videyra, 8, Ayman Dardari, 57 - Şahin Şahniyarov, 84.

Baş hakim: Yoonas Yaanovits (Estoniya)

Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Denis Emelyanchikov (Belarus)

Dördüncü hakim: Dmitri Dmitryiev (Belarus)