"Sumqayıt" evdə "Səbail"ə qalib gəlib, "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu sabah keçiriləcək

"Sumqayıt" evdə "Səbail"ə qalib gəlib, "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu sabah keçiriləcək

Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşmanın keçirilməsi nəzərdə tutulmuşdu.

Lakin çempionatın debütantı "Araz Naxçıvan"ın "Turan Tovuz"la səfər matçı oyunun 81-ci dəqiqəsində işıq dirəyinin meydana aşması səbəbindən yarımçıq dayandırılıb. Görüşün qalan hissəsi sabah baş tutacaq.

"Səbail" isə Sumqayıt səfərindən əliboş qayıdıb.

Xatırladaq ki, tura dünən "Qəbələ" - "Sabah" (1:0) qarşılaşması ilə start verilib.

Azərbaycan Premyer Liqası. 18-ci tur

16:00 "Turan Tovuz" - "Araz-Naxçıvan" 2:1 (81-ci dəqiqədə yarımçıq dayandırlıb)

Qollar: Xəyal Nəcəfov, 5, Brunu Qonçalveş, 16 - İsmail Azzaui, 58-pen.

Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Mübarizə Hüseynov.

Tovuz şəhər stadionu
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov.

Baş məşqçi: Ayxan Abbasov.

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 42. Kadiri Mohammed.

Baş məşqçi: Azər Bağırov.


18:30 "Sumqayıt" - "Səbail" 1:0

Qol: Adi Mehremiç, 70-avtoqol.

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Asif Əliyev.

"Kapital Bank Arena"

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Aliev, 9. Erik Sorqa, 71. Masaki Murata.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 60. Tresor Mossi.

Baş məşqçi: Samir Abasov.

“Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah, 44. Yadin Luqasi.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 48. Ayaz Mikayılov.

Baş məşqçi: Şahin Diniyev.