"Bağçalarda Futbol Dərsi" layihəsi Nizami rayonunda davam etdirilib
AFFA-nın dəstəyi ilə keçirilən UEFA-nın "HatTrick" proqramı çərçivəsində “Bağçalarda Futbol Dərsi” layihəsi davam edir.
Mediasport.az xəbər verir ki, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və layihənin koordinatoru Orxan Mikayıllı bu gün Nizami rayonunda yerləşən 59 nömrəli uşaq bağçasında olublar.
AFFA rəsmiləri dərs prosesində uşaqlarla birlikdə iştirak ediblər.
Layihə ölkəmizdə 6 uşaq bağçasında həyata keçirilir.