"Turan Tovuz" 18 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlayıb - FOTO

 "Turan Tovuz" 18 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlayıb - FOTO

”Turan Tovuz” yeni müqavilə bağlayıb.

Mediasport.az xəbər verir ki, Sadiq Şəfiyev daha 3 il Tovuz təmsilçisinin uğurları üçün çalışacaq.

18 yaşlı müdafiəçi cari mövsüm əsas komandanın heyətində 3 oyuna çıxıb.

Qeyd edək ki, Ayxan Abbasovun komandası bu qış heyətini Aleks De Souza ilə gücləndirib.

Qərblilərin müdafiəçisi Sərtan Taşqın Türkiyənin "Manisa" klubuna keçib, bolqar forvard Martin Petkovla anlaşma isə qarşılıqlı razılaşma əsasında ləğv edilib.