“Neftçi” – “Qarabağ” oyununda nə qədər tamaşaçı olub?

“Neftçi” – “Qarabağ” oyununda nə qədər tamaşaçı olub?

Premyer Liqanın 16-cı turunun “Neftçi” – “Qarabağ” oyununu (0:4) 7000 tamaşaçı izləyib.

mediasport.az xəbər verir ki, bu, mövsümün ikinci göstəricisidir.

Yalnız “Sabah” – “Qarabağ” qarşılaşmasında (0:0) daha çox izləyici qeydə alınıb. 14-cü turun görüşündə 10000 azarkeş stadiona gəlib.

Daha 4 matçda 5000 və ya daha çox tamaşaçı olub. 3-cü turun “Turan Tovuz” – “Qarabağ” (0:2) oyununda 5800, 1-ci turun “Turan Tovuz” – “Qəbələ” (0:2), 3-cü turun “Sabah” – “Neftçi” (2:1) qarşılaşmalarında 5500, 6-cı turun “Turan Tovuz” – “Kəpəz” (2:0) görüşündə 5000 seyrçi olub.