"Bakıda meydana yalnız bu məqsədlə çıxmışdıq" - KAPİTAN

"Bakıda meydana yalnız bu məqsədlə çıxmışdıq" - KAPİTAN

Avstriya milli komandasının yarımmüdafiəçisi Konrad Laymer yerli mətbuata açıqlama verib.

Mediasport.az xəbər verir ki, Münhen "Bavariya"sının futbolçusu AVRO-2024-ün seçmə mərhələsinin Bakıda keçirilmiş Azərbaycan - Avstriya görüşü haqda fikirlərini bölüşüb.

Tofiq Bəhramov adına Respublika stadionunda minimal hesablı qələbə ilə qitə çempionatının final mərhələsinə vəsiqəni təmin edən avstriyalıların kapitanı meydana çox istəkli çıxdıqlarını deyib:

“Yalnız qələbə qazanmağı düşünürdük. Bakıda meydana yalnız bu məqsədlə çıxmışdıq. Sevinirəm ki, qarşıya qoyduğumuz hədəfə çatdıq. Avropa çempionatına vəsiqə qazandığımız üçün çox xoşbəxtəm. Bu, fərqli hissdir. Üzərimizdə işləyib çatışmazlıqları aradan qaldırmalıyıq. Qitə birinciliyinə tam hazır yollanmalıyıq".

Qeyd edək ki, Avstriya yığması hazırda F qrupunda 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və son oyunlardan asılı olmayaraq, AVRO-2024-ün final mərhələsinə vəsiqəni təmin edib.