Avropa çempionatına son 3 vəsiqə uğrunda finalçılar müəyyənləşib

Avropa çempionatına son 3 vəsiqə uğrunda finalçılar müəyyənləşib

Futbol üzrə AVRO-2024-ün final mərhələsinə vəsiqə uğrunda nəzərdə tutulmuş keçid pley-off görüşlərində yarımfinallara start verilib.

Mediasport.az xəbər verir ki, yayda Almaniyada baş tutacaq qitə birinciliyinə seçmə mərhələdə lisenziya əldə etmiş 21 milli komandaya Millətlər Liqası xətti ilə qoşulacaq daha 3 kollektiv məhz bu gün başlanan pley-off qarşılaşmalarının yekununda qoşulacaq.

Millətlər Liqasının A, B və C qruplarından ümumilikdə 12 yığma arasından 3-ü AVRO-2024-ə son vəsiqələri əldə edəcəklər.

Ötən axşamdan başlanan yarımfinallara artıq yekun vurulub və 6 milli adını mini-finala yazdırıb.

Beləliklə, A yolunda Polşa və Uels, B yolunda Ukrayna və İslandiya, C yolunda isə Gürcüstan və Yunanıstan həlledici etapa adlayıb.

Bu 6 komandadan da 3-ü AVRO-2024-ün final mərhələsində iştirak hüququ qazanacaq.


AVRO-2024. Keçid pley-offu. Yarımfinal


A yolu

Polşa - Estoniya 5:1

Qollar: Frankovski, 22. Zielinski, 50. Pyotrovski, 70. Mets, 74 (öz qapısına). Şimanski, 77 - Vetkal, 78.

Uels - Finlandiya 4:1

Qollar: Bruks, 3. Uilyams, 38. Conson, 47. Ceyms, 86 - Pukki, 45.


B yolu

İsrail - İslandiya 1:4

Qollar: Zahavi, 30 (pen.) - Qudmundsson, 39; 83; 87. Traustason, 42.

Bosniya və Herseqovina - Ukrayna 1:2

Qollar: Matvienko, 57 (avtoqol) - Yaremçuk, 85. Dovbik, 88.


C yolu

Gürcüstan - Lüksemburq 2:0

Qollar: Budu Zivzivadze, 41; 64.

Yunanıstan - Qazaxıstan 5:0

Qollar: Bakasetas, 9 (pen.). Pelikas, 15. İoannidis, 37. Kurbelis, 40. Maroçkin, 85 (avtoqol).


AVRO-2024. Keçid pley-offu. Final


26 mart

21:00 Gürcüstan - Yunanıstan

23:45 Uels - Polşa

23:45 Ukrayna - İslandiya