“Neftçi”nin formasını ilk dəfə geyindiyim üçün xoşbəxtəm"
"Neftçi"nin Yaponiyanın "Cef Yunayted İtixara Tiba" klubundan icarəyə götürdüyü Mateus Saldanya "ağ-qaralar"ın heyətində debüt edib.
mediasport.az xəbər verir ki, Premyer Liqanın 20-ci turunun "Zirə" ilə matçına (1:0) start heyətdə başlayan 23 yaşlı forvard matçda ilk hissədə aldığı sarı vərəqə ilə yadda qaldı.
"Sambaçı" görüşdən sonra instaqram hesabında paylaşım edib: “Neftçi”nin formasını ilk dəfə geyindiyim üçün xoşbəxtəm. Hər oyun inkişaf edəcəyimizə inanıram”.