"Santuşun burada olması xoşdur, yığmanıza köməyi dəyə bilər”
“Burada olduğum üçün çox xoşbəxtəm. Bir az da həyəcanım var. Biraz da həyəcanım var. Bütün var gücümü ortaya qoyub komandama kömək etmək istəyirəm"
Mediasport.az xəbər verir ki, bunu “Kəpəz”in yeni transferi Dioqo Verdaska deyib.
27 yaşlı portuqaliyalı futbolçu yeni klubunda hədəflərindən danışıb:
“Qarşıdakı oyunlarda bacarığımı göstərmək üçün çox çalışacam. Azərbaycanda bir çox portuqaliyalı futbolçunun çıxış etməsindən xəbərdaram. “Kəpəz”də də həmyerlilərim oynayır. Ötən mövsüm “Gəncə”də forma geyinən İqor Rodriqeşin azarkeşlər tərəfindən necə sevilməsindən xəbərdaram".
O, yaxşı qarşılandığını bildirib:
"Bizə qarşı münasibət çox yaxşıdı. Bunu qarşılanmağımdan hiss etdim. Mən və indiki komanda yoldaşlarım da bu sevgini qazanmaq istəyirik. Dayanmadan məşq edəcəyik. Portuqaliyalıların “Kəpəz”də özünü ən yaxşı tərəfdən göstərməsi mənim üçün qürurvericidir. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş da portuqaliyalıdır. Onun burada olması xoşdur. Təcrübəli mütəxəssisdir, yığmanıza köməyi dəyə bilər”.
Xatırladaq ki, Gəncə təmsilçisi son klubu İspaniya Sequndası təmsilçisi "Mirandes" olmuş futbolçu ilə mövsümün sonunadək müqavilə bağlayıb.