Yığmamızın daha iki taekvondoçusu uğursuz çıxış etdi - DÇ-2023
Taekvondo üzrə milli komandamızın daha iki üzvü Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
mediasport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan Qaşım Maqomedov 1/32 finalda Kay Çenqə (Çin), qadınların yarışında isə 67 kq-dakı təmsilçimiz Fəridə Əzizova 1/16 finalda Kristina Teaçota (ABŞ) məğlub olub.
Dünən Cavad Ağayev (68 kq) də medal qazana bilməyib. DÇ- iyunun 4-də başa çatacaq.