DÇ-2023: Daha iki taekvondoçumuzun mundial rəqibləri müəyyənləşdi
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı günün püşkü atılıb.
mediasport.az xəbər verir ki, sabah yığmamızın daha 2 idmançısı mübarizəyə qoşulacaq.
62 kq-da Fatimə Məcidova və 74 kq-da yarışacaq Eltac Qafarov mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. Xanım təmsilçimiz ilk döyüşünü Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək. Eltacın rəqibi isə Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) duelinin güclüsü olacaq.
İndiyədək milli komandamızın 9 taekvondoçusu mübarizə aparıb və hamısı uğursuz olub. Minayə Əkbərova (46 kq), Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (65 kq), Cavad Ağayev (68 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) ümidləri doğrultmayıblar.
DÇ iyunun 4-də başa çatacaq.