UEFA Azərbaycanın bu klubuna 650 min avro ödədi

UEFA Azərbaycanın bu klubuna 650 min avro ödədi

UEFA “Neftçi”nin ödənişini həyata keçirib. MediaSport.az xəbər verir ki, Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə “ağ-qaralar”a 650 min avro köçürmə edilib.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. “Neftçi” Konfrans Liqasına I təsnifat mərhələsindən başlayıb. İlk raundda Kipr “Aris”ini keçən paytaxt təmsilçisi II mərhələdə Avstriyanın “Rapid” klubuna uduzaraq mübarizəni dayandırıb.