"Yeni müqavilə təklifi mənə böyük inamın nəticəsidir" - DAŞDƏMİROV

"Yeni müqavilə təklifi mənə böyük inamın nəticəsidir" - DAŞDƏMİROV

"Şamaxı" ilə yeni müqavilə bağlayan Rəhman Daşdəmirov klubun mətbuat xidmətin açıqlama verib.

mediasport.az xəbər verir ki, müdafiəçi əlindən gələni edəcəyini deyib.

- Yeni müqavilə imzaladığım üçün klub rəhbərliyinə və məşqçilər heyətinə təşəkkür edirəm. İnkişaf etdiyim klubda yeni müqavilə təklifi mənə böyük inamın nəticəsidir və bu gələcək karyerama öz müsbət təsirini göstərəcək. Mən də həm “Şamaxı” üçün, həm də özümün imkişafım üçün əlimdən gələnin ən yaxşısını edəcəm. İnanıram ki, uğurlu olacaq".