Yığma komandamız DÇ-də Portuqaliya millisinə məğlub oldu
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib.
mediasport.az xəbər verir ki, mübarizəyə I raunddan başlayan Çingiz Əzimovun rəhbərlik etdiyi kollektiv Portuqaliya yığmasının qonağı olub.
Paredes şəhərinin "Multiusos de Paredes" arenasında keçirilən görüş rəqibin 32:19 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında ikinci oyun noyabrın 5-də eyni arenada olacaq.