Qazaxıstan klubları və Özbəkistan yığma komandası Bakıya gələcək

Qazaxıstan klubları və Özbəkistan yığma komandası Bakıya gələcək

Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxalq yarış keçiriləcək.

Mediasport.az xəbər verir ki, turnirdə qadınlardan ibarət 6 komanda - "Azəryol", "Qarabağ" və "Kür" (hamısı Azərbaycan), "Astana", "Alatau Arulary" (hər ikisi Qazaxıstan) və Özbəkistan millisi yarışacaq.

28 avqustdan - 1 sentyabra qədər davam edəcək turnir "AHF Arena"da keçiriləcək və Azərbaycan Həndbol Federasiyasının rəsmi "YouTube" kanalı, "Facebook" səhifəsi vasitəsilə canlı yayımlanacaq.