Mill komandamızdan Avropa çempionatında ilk qələbə!

Mill komandamızdan Avropa çempionatında ilk qələbə!

Azərbaycanın qadınlardan ibarət həndbol milli komandası Avropa çempionatının seçmə mərhələsində üçüncü matçına çıxıb.

Mediasport.az xəbər verir ki, V qrupda mübarizə aparan yığmamız Litva seçməsi ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən gərgin görüş həndbolçularımızın minimal hesablı qələbəsilə yekunlaşıb - 35:33.

Komandamız seçmə mərhələdə ilk qalibiyyətini rəsmiləşdirib.

Yığmamız martın 3-də səfərdə Litva kollektivinin qonağı olacaq.

Milli qrupda daha əvvəl keçirdiyi oyunlarda Şimali Makedoniya və İspaniyaya məğlub olub.