Yığmamızın üzvü Çempionlar Liqasında bürünc medal qazandı

 Yığmamızın üzvü Çempionlar Liqasında bürünc medal qazandı

Fransanın Monpelye şəhərində cüdo üzrə ilin son yarışı - Çempionlar Liqası keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Uşangi Kokauri (+100 kq) qarışıq komanda yarışında mübarizə aparıb.

Gürcüstanın “Zolotoy Qori” klubunun heyətində yarışan təmsilçimiz komandası ilə birlikdə turnirdə bürünc medal qazanıb.

Beşqat Olimpiya çempionu Teddi Rinerin rəhbərlik etdiyi PSJ yarışın çempionu olub.