Zamiq Albaniyada 90 dəqiqə oynadı, komandası uduzdu

 Zamiq Albaniyada 90 dəqiqə oynadı, komandası uduzdu

Futbol üzrə Albaniya Superliqasında 19-cu turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə çempionluğa iddialılardan “Dinamo” (Tirana) ilə qarşılaşıb.

Futbolçumuzun komandası Tirana təmsilçisinə 1:2 hesabı ilə uduzub, Zamiq 90 dəqiqə meydanda olub.

“Eqnatiya” 30 xalla turnir cədvəlinin 4-cü pilləsində qalıb.