Millidən Perudə uğurlu nəticə: Yalnız Yaponiyadan geri qaldılar

  Millidən Perudə uğurlu nəticə: Yalnız Yaponiyadan geri qaldılar

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan milli komandası Peruda keçirilən dünya çempionatını 4 medalla başa vurublar.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə tatamiyə çıxan Sübhan Axundov (+90 kq) ilk görüşündə uduzub.

Buna qədər Nihad Məmişov (55 kq) və Cəsur İbadlı (73 kq) dünya çempionu adına sahib çıxıblar.

Məhəmmədəli Hüsiyev (50 kq) və Mehdi Abbasov (81 kq) bürünc medal qazanıblar.

Yığmamız medal sıralamasında yalnız Yaponiyadan (2 qızıl, 1 gümüş) geri qalıb və ikinci olub.