Cüdoçularımızın ilk rəqibləri müəyyənləşdi - "Böyük Dəbilqə"
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan cüdoçularının ilk rəqibləri də məlum olub.
Millimiz yarışda 8 çəki dərəsində 12 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq.
Cüdo üzrə yığmamızın üzvlərinin rəqibləri
Qadınların mübarizəsi
-48 kq.
Leyla Əliyeva - Sarah İsçt (Almaniya)
-57 kq.
Acelya Toprak - Marina Azinou (Kipr Respublikası)
Kişilərin mübarizəsi
-60 kq.
Balabəy Ağayev - Aleksandru Tirsina (Moldova) / Dauren Syukenov (Qazaxıstan) cütünün qalibi ilə
Hüseyn Allahyarov - Nika Xuzauraşvili (Gürcüstan)
-66 kq.
Ruslan Paşayev - Teo Raoul Ebrar (Fransa) / Raşid Obaid (Birləşmiş Ərəb Əmirlikləri) cütünün qalibi ilə
Rəşad Yelkiyev - İsmoil Nişonboev (Özbəkistan)
-73 kq.
Rəşid Məmmədəliyev - Bruno Bermeo (Ekvador)
Nəriman Mirzəyev - Tatsuki İşihara (Yaponiya)
-81 kq.
Zelim Tçkayev - Botond Tot (Macarıstan)
Ömər Rəcəbli - Vinçenso Pelliqra (İtaliya) / Ruslan Musayev (Qazaxıstan) cütünün qalibi ilə
-90 kq.
Murad Fətiyev - Rhyan Zarçye Qaray (Filippin) / Luka Babutsidze (Gürcüstan) cütünün qalibi ilə
Musa Hüseynli - Mark van Deyk (Niderland)
+100 kq.
İmran Yusifov - Yur Speykers (Niderland)
Uşanqi Kokauri - Esleken Kedo (Filippin)