Aydın Bayramov 100-ə çatdı
“Zirə”nin qapıçısı Aydın Bayramov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Mediasport.az xəbər verir ki, 28 yaşlı qolkiperin yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.
O, “Səbail”lə səfər görüşündə (1:0) 90 dəqiqə meydanda olub.
Aydın qəsəbə klubuna bu ilin yayında "Turan Tovuz"dan transfer edilib.